×
A
A
A
Sazlamalar

Rumıniyanın xəbər portalı AZƏRTAC-ın xüsusi müxbirinin “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü ilə bağlı məqaləsini yayıb

Buxarest, 20 sentyabr, AZƏRTAC

Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı AZƏRTAC-ın Rumıniya üzrə xüsusi müxbiri İqbal Hacıyevin “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü ilə bağlı məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi yüksəlişi barədə danışılır. Müqavilənin ölkəmizin sonrakı inkişafında və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasında həlledici rolu, Avropanın enerji təhlükəsizliyində iştirakı barədə geniş məlumat verilib. Neft-qaz sektorunun Azərbaycanda digər sahələrin inkişafına təkan verməsi diqqətə çatdırılıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Neft - qaz 2019-09-20 17:53:00