×
A
A
A
Sazlamalar

Dəniz limanlarında 5,4 milyon ton yükləmə-boşaltma işləri görülüb

Bakı, 20 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında dəniz limanlarında 5 milyon 403,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 4 milyon 937 min tonunu və ya 91,4 faizini tranzit yüklər təşkil edib. Sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 157,8 min ton olub.
Səkkiz ayda dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,8 faiz artaraq 13,6 min nəfər təşkil edib.

Nəqliyyat 2019-09-20 16:40:00