×
A
A
A
Sazlamalar

Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakı, 20 sentyabr, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər görüləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar sözügedən yolda nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülərdən alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyyə olunur.

Tikinti̇ 2019-09-20 16:17:00