×
A
A
A
Sazlamalar

“Bədii layihə rəhbərliyi” – “YARAT”da növbəti mühazirə belə adlanır

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də “YARAT” Akademiyasının növbəti qonağı “Məqsədin kəmiyyət sonsuzluğu” sərgisinin kuratoru Kristina Çernyavskaya olacaq.
AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil olunacaq mühazirə “Bədii layihə rəhbərliyi” adı altında keçiriləcək. O, rəssam Taus Maxaçeva ilə birgə bir sıra layihələrdə əməkdaşlıq edib.
Mühazirədə hər kəsin iştirak etmək imkanı olacaq.

İncəsənət 2019-09-20 14:48:00