×
A
A
A
Sazlamalar

Rövnəq Abdullayev: 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır

Bakı, 20 sentyabr, AZƏRTAC

Ötən 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri şirkətin prezidenti Rövnəq Abdullayev deyib.
“Bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış “Azəri”, “Çıraq” və "Dərinsulu Günəşli” (AÇG) yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Saziş”in - “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edirik. Tarix üçün bir an qədər qısa olan, lakin hər günü fədakar əmək atmosferində keçmiş bu 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artıb və ölkə iqtisadiyyatının bütün sahələrində böyük canlanma yaradıb”, - deyə SOCAR-ın prezidenti bildirib.
O qeyd edib ki, Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilib, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilib. Ölkəyə təqribən 265 milyard ABŞ dolları, o cümlədən, neft-qaz sənayesinə 101 milyard dollar investisiya qoyulub. AÇG-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 milyard dolları keçib.

 

Neft - qaz 2019-09-20 14:23:00