×
A
A
A
Sazlamalar

Milli Kitabxanada “Əsrin müqaviləsi – 25” adlı geniş kitab sərgisi açılıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Milli Kitabxanada “Əsrin müqaviləsi – 25” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində gördüyü işlərdən, müqavilənin tarixi əhəmiyyətindən, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan, neft sənayesinin inkişafından bəhs edən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, bu gün sazişin imzalanmasından 25 il ötür.

Mədəniyyət 2019-09-20 13:54:00