×
A
A
A
Sazlamalar

MİDA Sumqayıt və Gəncə şəhərlərində də yaşayış kompleksləri tikəcək

Bakı, 20 sentyabr, Ramiz Quliyev, AZƏRTAC 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən paytaxtla yanaşı, digər şəhər və regionlarda da yaşayış kompleksinin inşası nəzərdə tutulub.
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, komplekslərdən biri Sumqayıt şəhərində reallaşdırılmaqdadır. Şəhərdə 0,76 hektar torpaq sahəsində iki 9 mərtəbəli, 2 bloklu binanın tikintisi planlaşdırılıb. Ümumilikdə isə bu binalarda 144 mənzil olacaq. Artıq tikinti işlərinə başlanılıb.
Digər yaşayış kompleksi isə Gəncə şəhərində inşa ediləcək. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yerləşən 6,23 hektar sahəsi çoxmənzilli binaların və 1170 yerlik tam orta məktəb binasının tikintisi üçün planlaşdırılıb.

Tikinti̇ 2019-09-20 13:04:00