×
A
A
A
Sazlamalar

Mədəniyyət Mərkəzində “Unudulmaz bəstəkar” adlı tədbir təşkil edilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Unudulmaz bəstəkar” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Günel Bədəlova Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından söhbət açıb.
Daha sonra “Nur” rəqs kollektivinin ifasında “Qarabağ”, “Sarı gəlin” rəqsləri təqdim edilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin “Fortepiano” kursunun müəllimi və tələbələri bəstəkarın müəllifi olduğu musiqi parçalarını səsləndiriblər. Həmçinin tədbirdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından səhnəcik nümayiş olunub.
Tədbir Mədəniyyət Mərkəzinin tələbələrinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı ilə sona çatıb.

 

Mədəniyyət 2019-09-20 11:56:00