×
A
A
A
Sazlamalar

SOCAR-ın çoxminli kollektivinin təmsilçiləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər günü”ndə SOCAR-ın rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Neft - qaz 2019-09-20 11:49:00