×
A
A
A
Sazlamalar

Maştağada baş verən avtoqəzada yaralananlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakının Maştağa qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 79 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaralılar 71 yaşlı qadın sağ baldırın kəsilmiş yarası, 37 yaşlı oğlan qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hazırda müalicələri davam edir.

 

Səhiyyə 2019-09-20 11:01:00