×
A
A
A
Sazlamalar

İsmayıllılı gənclər “Günərzi” qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzini ziyarət ediblər

Bakı, 19 sentyabr, AZƏRTAC 

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin kollektivi “Günərzi” qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzini ziyarət edib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, mərkəzdəki uşaqların ifa etdikləri mahnı və şeirlər, rəqslər maraqla qarşılanıb. Gənclər uşaqlara xatirə hədiyyələri təqdim ediblər.
Bu gün ölkəmizin bütün rayonlarında uşaqlar üçün müasir tipli bağçalar, reabilitasiya mərkəzləri fəaliyyət göstərir. İsmayıllı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən yaradılan, çətin həyat şəraitli uşaqlara gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərən “Günərzi” reabilitasiya mərkəzi də uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Mərkəzdə müxtəlif məşğələlər vasitəsilə uşaqlarda özünə xidmət bacarıqları formalaşdırılır, eləcə də maraq və qabiliyyətləri nəzərə alınaraq ayrı-ayrı dərnəklər vasitəsilə onların ilkin yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir.

Sosial 2019-09-19 21:36:00