×
A
A
A
Sazlamalar

Yelizaveta Truss və Kristofer Pinçerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
1994-cü ildə Zati-aliləri Heydər Əliyev və Con Braun tərəfindən imzalanmış “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bu məktubla təbrik etməkdən olduqca məmnunuq.
Həmin əhəmiyyətli gün hazırda ölkələrimizin malik olduğu sıx siyasi və ticari münasibətlərin başlanması kimi yadda qaldı. Son iyirmi beş il ərzində BP-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlığı çox böyük uğurla nəticələndi və digərlərinə nümunə olan, enerji sektorunda əməkdaşlıqda məmnunluq doğuran misaldır. 2017-ci ildə müqavilənin uzadılması həmin tarixi tərəfdaşlığın gələn onilliklər ərzində inkişafını təmin edir.
Müqavilənin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir, ölkənin təbii ehtiyatları tamhüquqlu şəkildə Azərbaycan xalqına məxsusdur. Cənub Qaz Dəhlizinin tamamlanması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini davam etdirəcək.
Biz daim güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiyinizə görə Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, SOCAR-ı, BP-ni və Birləşmiş Krallığın işgüzar dairələrini bir daha təbrik edirik.
Ən xoş arzularla,

 

Yelizaveta Truss
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq
Ticarət üzrə Dövlət katibi və Ticari Məsələlər
İdarə Heyətinin sədri

 

Kristofer Pinçer
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Xarici və Birlik məsələləri ofisinin
Avropa və Amerika üzrə naziri

Məktublar 2019-09-19 21:28:00