×
A
A
A
Sazlamalar

Bu dəfə muğam və təsniflər “Rast dünyası”nda səslənib

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” muğam axşamı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə muğam və təsniflər səsləndirilib.
Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanovun iştirakı ilə gerçəkləşən konserti “Könül” ansamblı müşayiət edib.
Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı yaradıb.
Qeyd edək ki, sentyabrın 30-dək davam edəcək builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edir.

Mədəniyyət 2019-09-19 19:51:00