×
A
A
A
Sazlamalar

Sahibkar qadın: Sifarişlər artarsa, oğuzlu xanımlar üçün də iş yerləri çoxalacaq

Bakı, 19 sentyabr, AZƏRTAC
Əgər sifarişlər artarsa, oğuzlu xanımlar üçün də iş yerləri çoxalacaq.
Bu sözləri AZƏRTAC-a Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Oğuz rayon şöbəsinin rəhbəri Aidə Behbudova deyib. O, sahibkarlıq sahəsində təlimlərin təşkilinin faydalı olduğunu bildirib: “AQSİA tərəfindən bizə böyük dəstək göstərilir. “Bakı Tekstil Fabriki” MMC tərəfindən AQSİA-nın Oğuz rayon şöbəsinə peşəkar dərzi maşını verilib. Dörd qadın dərzi burada əmək fəaliyyətinə başlayıb”.
O, evdar xanımların sahibkar kimi üzə çıxmalarına yardım göstərdiyini, tez-tez kəndlərə getdiyini, orada müxtəlif peşə sahibi olan qadınlarla görüşdüyünü deyib.
Sahibkar qadın məktəbəqədər müəssisələr üçün döşək üzləri və digər məhsullar üzrə sifarişi yerinə yetirmək üçün Oğuz Rayon İcra Hakimiyyətinin tenderində qalib olub. O, oktyabrda isə xəstəxana və poliklinikaların elan edəcəyi tenderə qatılmaq fikrindədir.

Cəmiyyət 2019-09-19 19:09:00