×
A
A
A
Sazlamalar

Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsi yad edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla anıb.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyləyib və onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını qeyd edib. O, görkəmli alimin mənalı həyat yolundan danışıb, onun həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını diqqətə çatdırıb.

Cəmiyyət 2019-09-19 18:54:00