×
A
A
A
Sazlamalar

“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na ediləcək dəyişikliklərə dair müzakirələr aparılıb

Bakı, 19 sentyabr, AZƏRTAC

“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na ediləcək dəyişikliklər layihəsi müzakirə olunub.
“Azərbaycan Banklar Assosiasiyası”ndan (ABA) AZƏRTAC-a bildirilib ki, sentyabrın 19-da “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib. Görüşdə ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlarda tətbiq olunan “interçeync” xidmət haqları, “Visa Inc” beynəlxalq kart təşkilatının xidmət haqları üzrə bərabər rəqabət mühitinin qorunmasına dair mövqeyi müzakirə edilib. Həmçinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na ediləcək dəyişikliklər layihəsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılaraq ödəniş kartları bazarında innovasiyaların tətbiqinə toxunulub.

Maliyyə 2019-09-19 18:57:00