×
A
A
A
Sazlamalar

Bərdə sakinindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu götürülüb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Türkman kəndinin ərazisində kənd sakini E.Həsənov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 21 çətənə kolu və 2 qrama yaxın marixuana aşkar edərək götürüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-19 18:43:00