×
A
A
A
Sazlamalar

Sabirabadda qarayara xəstəliyinə yoluxan şəxslərin vəziyyəti yaxşıdır, tezliklə evə buraxılacaqlar

Bakı, 19 sentyabr, AZƏRTAC

Bir müddət əvvəl Sabirabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) qarayara diaqnozu ilə daxil olan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, onların sentyabrın 20-21-də evə buraxılacaqları gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl Sabirabad MRX-nə 2 rayon sakini (34 və 26 yaşlarında kişi) gətirilib. Həkimlər onlara qarayara diaqnozu qoyublar.

Səhiyyə 2019-09-19 16:07:00