×
A
A
A
Sazlamalar

İsmayıllıda baş verən zəhərlənmə ehtimalı ilə müraciət edənlərə lazımi tibbi yardım göstərilir

Bakı, 19 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi İsmayılı rayonunda keçirilən Kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına (MRX) zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.
İsmayıllı MRX-nin baş həkimi Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar: “Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib".

Səhiyyə 2019-09-19 14:39:00