×
A
A
A
Sazlamalar

Ana və oğulun intihara cəhdinin qarşısı alınıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları bu cəhdin qarşını alıblar.
Onlar İmişli Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-19 13:19:00