×
A
A
A
Sazlamalar

Kürdəmirdə mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Sentyabrın 2-də Kürdəmir rayonunun Mürtülü kənd sakini Təbriz Abışov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 3000 manat olan məişət avadanlığı və geyim əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Karrar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Feruz Bağızadə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Hadisə 2019-09-19 10:31:00