×
A
A
A
Sazlamalar

“Artım”da “Moda və incəsənət” adlı ustad dərsləri davam edir

Bakı, 19 sentyabr, AZƏRTAC

“Artım” layihə məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyevin “Moda və incəsənət” adlı silsilə ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, məşğələlər moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılmasını nəzərdə tutur.
Sentyabrın 27-dək davam edəcək məşğələlərdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat verilir, dizayner ixtisası təhlil olunur. Tədbir yerli brend olan MMMDN-nin təsisçisi Fidan Sadıqla birlikdə keçirilir. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq.

İncəsənət 2019-09-19 09:39:00