×
A
A
A
Sazlamalar

Minik avtomobili qaz kəmərinə çırpılıb: Mindən çox abonentin qaz təminatı dayandırılıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Goranboy rayonunun Balakürd kəndində minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 millimetr olan ortatəzyiqli qaz kəmərinə çırpılıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, nəticədə qaz kəməri iki yerdən zədələnib və 3 yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.

Hadisə 2019-09-18 22:32:00