Təlim zamanı ərazinin kəşfi aparılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşun növü və qisimlərinin komandanları, hərbi birlik və birləşmə komandirləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənildikdən sonra ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə müvafiq tapşırıqlar dəqiqləşdirilib.
Ərazinin kəşfi digər təlim nöqtələrində də aparılıb.
Müdafiə naziri səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkib və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO