×
A
A
A
Sazlamalar

Ötən il dövlət ali təhsil müəssisələri tərəfindən tibb ixtisası üzrə 1324 mütəxəssis hazırlanıb

Bakı, 18 sentyabr, AZƏRTAC 

Ötən il dövlət ali təhsil müəssisələri tərəfindən tibb ixtisası üzrə 1324 mütəxəssis hazırlanıb. Tibb ixtisasları üzrə ən çox müalicə işi üzrə mütəxəssis hazırlanıb – 811 nəfər. Ən az mütəxəssis hazırlanan ixtisas isə pediatriya olub (12 nəfər).
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, orta ixtisas təhsili müəssisələri tərəfindən hazırlanan tibb mütəxəssislərinin sayı 2057 nəfərə bərabərdir. Hazırlanan mütəxəssislər ən çox tibb bacısı (771 nəfər), ən az isə hərbi feldşer işi (45) ixtisaslarına aid olub.

Səhiyyə 2019-09-18 18:04:00