×
A
A
A
Sazlamalar

Səkkiz ayda 517 milyon manatlıq tikinti materialı istehsal edilib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Bu ilin yanvar-avqust aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2 faiz artaraq 517,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tikinti kərpicinin istehsalı 47,7 faiz, tikinti əhənginin istehsalı 54 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 16,9 faiz artıb. Sementin istehsalı 1,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 54,8 faiz, tikinti gipsinin istehsalı isə 81,6 faiz azalıb.

Tikinti̇ 2019-09-18 17:42:00