×
A
A
A
Sazlamalar

Qaradağda “Mercedes” markalı avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Bakı, 18 sentyabr, AZƏRTAC 

Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yolu keçən 40-45 yaşlı kişi Gəncə şəhər sakini R.Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Namiq Əmiraslanov olması müəyyən edilib.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2019-09-18 16:55:00