×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102176S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 676 milyon 775 min 900 AZN olub. AMB-nin qərarına əsasən notların kəsmə və orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib. Notlar oktyabrın 17-də ödəniləcək.

Maliyyə 2019-09-18 15:59:00