×
A
A
A
Sazlamalar

Özbəkistanda bahalı ev və maşınlara görə xüsusi vergi tətbiq ediləcək

Daşkənd, 18 sentyabr, АZƏRTAC
Özbəkistanda bahalı avtomobil sahibləri, çoxmərtəbəli binalardakı mənzillərin, fərdi evlərin, restoran və barların sahibləri xüsusi vergi ödəməli olacaqlar.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, qiyməti 20 min dollardan çox olan avtomobillərin, 200 kvadratmetrdən artıq olan mənzillərin, 500 kvadratmetrdən çox olan fərdi evlərin sahibləri belə vergiyə cəlb ediləcəklər.
Bildirilir ki, bundan gələn gəlir xərçəng və qan xəstələrinin müalicəsinə yönəldiləcək.
Belə bir təşəbbüslə Özbəkistanın Antiinhisar Komitəsi çıxış edib.



Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

 

Dünya 2019-09-18 15:42:00