Ukraynanın Mirqorod şəhərində karantin elan edilib
Poltava, 18 sentyabr, AZƏRTAC
Ukraynanın Poltava vilayətinin Mirqorod şəhərində it və tülkülərin quduzluq faktı səbəbindən karantin elan edilib. Bu barədə AZƏRTAC Mirqorod şəhər Administrasiyasının saytına istinadla xəbər verir.
Məlumata görə, baytarlıq laboratoriyaları it və tülkülərin quduzluğa yoluxma faktını təsdiqləyib.
“Komissiya ərazini quduzluğun yayılmasından daha da qorumaq üçün tədbirlər planını təsdiqləyib və şəhər ərazisində ev və kimsəsiz heyvanların profilaktik peyvəndləmə cədvəlini hazırlayıb”,- deyə məlumatda qeyd edilir.
Baytarlar sakinlərdən qeyri-adi heyvan davranışları barədə məlumat vermələrini və ev heyvanlarını peyvənd etmələrini xahiş edib.
İlkin məlumata görə, sentyabrın 13-də it şəhərdə üç nəfəri dişləyib. Baytarlıq Tibb Laboratoriyası tərəfindən aparılan araşdırmalardan sonra heyvanın quduz olduğu təsdiqlənib.
Xatırladaq ki, Ukrayna Səhiyyə Nazirliyi quduzluğa qarşı peyvəndlərin ilk partiyasını bölgələrə göndərəcək. Ukrayna 93 mindən çox quduz peyvəndi alıb.
Azərbaycanın Poltavadakı fəxri konsulluğundan AZƏRTAC-a bildiriblər ki, karantin elan edilən ərazilərdə azərbaycanlılar maarifləndirilib və onlara kimsəsiz heyvanlardan qorunmaq tövsiyə edilib.
Onu da qeyd edək ki, Mirqorod şəhərində müalicəvi sanatoriyalar çox olduğundan, müalicə alan azərbaycanlılar da az deyil.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Poltava
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib