×
A
A
A
Sazlamalar

Səfir: Fransa Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Tbilisi, 18 sentyabr, AZƏRTAC
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Fransanın bu ölkəyə yeni təyin olunmuş səfiri Dieqo Kolonu qəbul edib.
Hökumət dəftərxanasından AZƏRTAC-a bildiriblər ki, görüşdə regiondakı vəziyyət, həyata keçirilən enerji, nəqliyyat və logistik layihələr, təhlükəsizlik məsələləri xüsusi müzakirə mövzusu olub.
Tərəflər işğal altındakı vəziyyətdən narahatçılıq ifadə edib, münaqişələrin tez bir zamanda ədalətli həllinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı Gürcüstan ilə Fransa arasındakı siyasi, iqtisadi, mədəni əlaqələr, Gürcüstanın Avropa İttifaqına və NATO-ya inteqrasiyası, Fransanın bu məsələdəki dəstəyi xüsusi qeyd olunub.
Səfir ölkəsinin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlı olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-09-18 15:07:00