×
A
A
A
Sazlamalar

Qubada baş verən qəzada iki nəfər ölüb, iki nəfər yaralanıb

Quba, 18 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Söhüb kəndi ərazisində 10 JF 130 dövlət nömrə nişanlı, "UAZ" markalı avtomobil aşıb.
Hadisə nəticəsində avtomobildə olan Zahid Qurbanov və Namiq Rüstəmov ölüb, daha iki nəfər isə yaralanıb. Xəsarət alan şəxslər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-09-18 14:05:00