×
A
A
A
Sazlamalar

İstanbulda kimya fabrikində yanğın baş verib

İstanbul, 18 sentyabr, AZƏRTAC 

İstanbulun Tuzla rayonundakı kimya fabrikində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, ətrafda olan avtomobillər də yanıb. Hadisə yerində partlayış səsləri də eşidilir.
Hazırda yanğının söndürülməsi işləri davam edir.
Xəsarət alanlarla bağlı hələ məlumat yoxdur.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-09-18 14:07:00