×
A
A
A
Sazlamalar

Heydər Əliyev Sarayında “Nyu-York gecələri” adlı konsert proqramı keçiriləcək

Bakı, 18 sentyabr, AZƏRTAC

Noyabrın 6-da Heydər Əliyev Sarayında “Nyu-York gecələri” adlı konsert proqramı keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, teatr, musiqi, mahnı və rəqslərin yer alacağı proqramda Nyu-York şəhərinin məşhur musiqili şoularından Dream Girls, The Great Gatsby, Chicago, Burlesque, Moulin Rouge və başqalarından səhnəciklər canlı şəkildə göstəriləcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Mədəniyyət 2019-09-18 12:45:00