×
A
A
A
Sazlamalar

Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb

Bakı, 18 sentyabr AZƏRTAC
Bu ilin 8 ayında Azərbaycandan 61 min 135 ton pambıq lifi və 8 min 339 ton pambıq ipliyi ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Yanvar-avqust aylarında ixrac edilən pambıq lifinin dəyəri 86 milyon 194 min, pambıq ipliyinin dəyəri isə 20 milyon 165 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 57 milyon 686 min dollarlıq 38 min 31 ton pambıq lifi, 14 milyon 433 min dollarlıq 5 min 804 ton pambıq ipliyi ixrac edilib.

İqtisadiyyat 2019-09-18 12:41:00