Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qazaxıstan Belarusa neft tədarük etməyi planlaşdırır

Nur-Sultan, 18 sentyabr, AZƏRTAC 

Qazaxıstan öz neftini Belarusa tədarük etməyi planlaşdırır. Ölkənin Energetika Nazirliyi ilə Belarusun dövlət “Belneftehim” konserni arasındakı müvafiq ikitərəfli sazişin mətni demək olar ki, hazırdır, yalnız konsensusa ehtiyac duyulan bir neçə məsələ qalır.
AZƏRTAC xəbər verir ki, neft və neft məhsullarının satışı ilə bağlı ikitərəfli sazişin imzalanması fəal müzakirə edilir.
Qeyd etmək lazımdır ki, Belarus tərəfi ilk növbədə ölkənin neft emalı zavodlarında emal edilə bilən xammalla maraqlanır: neft, qaz yağı, yanacaq yağı, xammal.
Xatırladaq ki, cari ilin mayında Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Qazaxıstanla neft tədarükü mövzusunda danışıqlar apardığını açıqlayıb. İyulda Qazaxıstanın Energetika naziri Belarus tərəfi ilə ikitərəfli razılaşma üzrə hazırlıqların və danışıqların davam etdiyini deyib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Dünya 2019-09-18 12:30:00