×
A
A
A
Sazlamalar

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində daha səkkiz qarşılaşma keçiriləcək

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində daha səkkiz oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin birinci turunun ikinci oyun günündə A, B, C və D qruplarında aşağıdakı qarşılaşmalar oynanılacaq:
A qrupu:
“Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə),
“Paris Sen-Jermen” (Fransa) - “Real Madrid” (İspaniya).
B qrupu:
“Olimpiakos” (Yunanıstan) - “Tottenhem” (İngiltərə),
“Bavariya” (Almaniya) - “Srvena Zvezda” (Serbiya).
C qrupu:
“Dinamo Zaqreb” (Xorvatiya) - “Atalanta” (İtaliya),
“Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə).
D qrupu:
“Atletiko Madrid” (İspaniya) - “Yuventus” (İtaliya),
“Bayer Leverkuzen” (Almaniya) - “Lokomotiv” (Rusiya).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

İdman 2019-09-18 12:12:00