×
A
A
A
Sazlamalar

AMEA Rəyasət Heyətinin elmi katibi Avropa Hüquq Akademiyasının tədbirində müzakirələrdə iştirak edib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin elmi katibi Rəna Hüseynova Almaniya Federativ Respublikasının Trir şəhərində elmi ezamiyyətdə olub. Avropa Hüquq Akademiyasının təşkilatçılığı ilə “Məlumatların qorunması haqqında qanunvericilik” mövzusunda keçirilən tədbirdə nüfuzlu Avropa təşkilatlarından mütəxəssislərlə yanaşı, AMEA Rəyasət Heyətinin elmi katibi də iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Rəna Hüseynova beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq xarici təşkilatlarla elmi əməkdaşlığın qurulması və genişləndirilməsi məqsədilə müzakirə və praktik məşğələlərə qatılıb.

 

Elm və təhsil 2019-09-18 12:57:00