×
A
A
A
Sazlamalar

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri artıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycandan MDB ölkələrinə 797 milyon 773 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu, keçən ilin eyni aylarının gösəricisinə nisbətən 114 milyon 923 min dollar çoxdur.
Cari ilin 8 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 108 milyon 459 min dollar olub.

 

İqtisadiyyat 2019-09-18 12:45:00