×
A
A
A
Sazlamalar

Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçiriləcək

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Konfransda DQİDK və AQUPDK-nın təmsilçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, din xadimləri, həmçinin ictimaiyyət fəalları iştirak edəcəklər.
Tədbirdə qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından dini icmaların yeri və rolu barədə müzakirələr aparılacaq.

Din 2019-09-18 11:58:00