×
A
A
A
Sazlamalar

Azərbaycanın iki boksçusu dörddəbir finala vəsiqə uğrunda mübarizə aparacaq

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında iki boksçumuz dörddəbir finala vəsiqə uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan boksçusu Dominqes Alfonso (81 kq) özbəkistanlı Dilşodbek Ruzmetov, Məhəmməd Abdullayev (+91 kq) isə avstraliyalı Justis Huni ilə qarşılaşacaqlar.
Xatırladaq ki, 8 boksçumuzun qatıldığı mundialda Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq) və İsmayıl Yaqubov (91 kq) məğlub olaraq mübarizəni dayandırıblar.
Dünya çempionatı yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda yarımfinal görüşləri sentyabrın 20-də keçiriləcək. Qaliblər isə ayın 21-də müəyyənləşəcək.

İdman 2019-09-18 11:56:00