×
A
A
A
Sazlamalar

Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışının qiymətləri dövlət tərəfindən tənzimlənəcək

Bakı, 18 sentyabr, AZƏRTAC

Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışının qiymətləri dövlət tərəfindən tənzimlənəcək.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Qərara əsasən, təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil edilib.

Neft - qaz 2019-09-18 12:17:00