Xəstənin donoru 22 yaşlı kiçik qardaşı olub
Bakı, 18 sentyabr, AZƏRTAC
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı xəstəyə donorlar arasında yalnız 22 yaşlı qardaşının böyrəyi uyğun gəlib. Resipiyent ailənin yeganə ümid yeri olmasına baxmayaraq, başqa uyğun donorun tapılmadığından böyrəyini qardaşına bağışlamalı olub.
Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin cərrah-uroloqu, tibb üzrə fəlsəfə elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb.
“Gənc yaşda insanı böyrəkdən məhkum etməmək lazımdır. Ona görə də adətən, donor kimi nisbətən yaşlılara müraciət edilir. Lakin bu dəfə başqa çıxış yolu yox idi. Donorun gənc olmasına baxmayaraq əməliyyata qərar verdik. Köçürülmüş böyrək əməliyyatdan dərhal sonra normal fəaliyyətinə başladı. Cərrah və nefroloqlardan ibarət komandamızın birgə səyi sayəsində əməliyyatdan sonra qardaşlar yaxşı vəziyyətdə evə buraxıldılar”,- deyə Rəşad Şolan deyib.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar