×
A
A
A
Sazlamalar

Filippin sahillərində 5,5 bal gücündə zəlzələ olub

Tokio, 18 sentyabr, AZƏRTAC 

Sentyabrın 18-də Filippinin cənubunda yerləşən Mindanao adaları sahillərində 5,5 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Davao şəhərindən 210 kilometr cənub-şərqdə, ocağı 23 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-09-18 12:06:00