×
A
A
A
Sazlamalar

Rabitə xidmətlərinin dəyəri 17,6 faiz artıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust ayılarında informasiya və rabitə müəssisələri 1 milyard 397,2 milyon manatlıq xidmət göstərib ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,4 faizi və ya 579 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

İKT 2019-09-18 11:45:00