×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR
№ 411

Bakı şəhəri, 16 sentyabr 2019-cu il

“Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nın təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının
Baş Naziri                                Novruz Məmmədov

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 16 sentyabr
tarixli 411 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması

1. Ümumi müddəalar

1.1. “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” (bundan sonra - Qayda) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 18.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsisteminə (bundan sonra - MAS) daxil edilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların əldə olunması və MAS-a daxil edilməsi

2.1. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə MAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil edirlər. 

2.2. Qanunun 7.2-ci maddəsinə əsasən MAS işəgötürənlərin əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.
2.3. İşəgötürənlər boş olan iş yerlərini ləğv etdikdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Nazirliyə bu barədə 5 (beş) iş günü müddətində rəsmi məlumat verməlidirlər.
2.4. Bu Qaydanın 2.3-cü bəndində göstərilən müddətdə məlumatlar Nazirliyə təqdim edilmədiyi halda, həmin iş yeri MAS tərəfindən vakansiya bankına daxil edilir.
2.5. İşəgötürənlər yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatları MAS-a bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun daxil edirlər.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2019-09-18 11:32:00