Miqrantların xilas edilməsi məsələsində Malta ilə İtaliya arasında narazılıq yaranıb
Valletta, 18 sentyabr, AZƏRTAC
Bir neçə gün öncə 90 miqrantı xilas edən İtaliya sahil mühafizəsinə Maltada ərazində durmağa icazə verilməyib.
AZƏRTAC Maltanın maltatoday.com.mt saytına istinadla xəbər verir ki, bu hadisə hər iki ölkə arasında yeni qarşıdurmaya səbəb olub.
Maltanın Silahlı Qüvvələrinin təmsilçisinin sözlərinə görə, xilasetmə işləri Maltanın axtarış-xilasetmə ərazisindən (SAR) kənarda baş verib.
İtaliya KİV-ləri xilasetmə işlərinin Malta sularında baş verdiyini bildirib. Malta tərəfi isə bunu əksini qeyd edir.
Məlumatda deyilir ki, İtaliya sahil mühafizəsi miqrantları taxta qayıqdan xilas etdikdən sonra Malta istiqamətində hərəkət ediblər. Xilasedicilər insanların ən yaxın və təhlükəsiz limana çatdırılmasına dair beynəlxalq hüquqda təsbit olunmuş prinsipə riayət ediblər.
Bildirilir ki, bu hadisə İtaliyada hökumət dəyişikliyindən sonra hər iki ölkə arasında yaşanan ilk qarşıdurma ola bilər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Valletta
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib