×
A
A
A
Sazlamalar

Türkiyə polisi ölkəyə qeyri-qanuni yolla daxil olmaq istəyən 35 miqrantı saxlayıb

Ankara, 18 sentyabr, AZƏRTAC

Türkiyənin Aydın vilayətinin Söke rayonu ərazisində polisə tabe olmayan mikroavtobus zorla saxlanılıb.
AZƏRTAC xəbər verir ki, araşdırma zamanı mikroavtobusda qanunsuz yolla ölkəyə daxil olmaq istəyən 35 qaçqının olduğu məlum olub. Qaçqınlar yerli miqrasiya idarəsinə təhvil verilib. Faktla bağlı 6 nəfər şübhəli qismində saxlanılıb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Dünya 2019-09-18 08:00:00