“Facebook” İtaliyanın proqram təminatı şirkətinə kompensasiya ödəyəcək
Roma, 18 sentyabr, AZƏRTAC
Milan məhkəməsi İtaliyanın proqram təminatı üzrə istehsalçı şirkəti olan “Business Competence”nin tətbiqlərindən birini kopyaladığı üçün “Facebook”un 350 min avro məbləğində kompensasiya ödəməsi barədə qərar çıxardıb.
AZƏRTAC lagazzettadelmezzogiorno.it-ə istinadla xəbər verir ki, söhbət italyan şirkətinin istifadəçilərə yaşadığı ərazilərdə onları maraqlandıra biləcək barlar və restoranları tapmaqda kömək edəcək proqram - “Faround”un tətbiqindən gedir. Belə ki, “Facebook” istifadəçilərə “Faround”a oxşar “Nearby Places” tətbiqini yükləməyi təklif etdiyinə görə bu qərar çıxarılıb.
Məhkəmə italyan şirkətinin “Nearby Places” tətbiqinin “Faround” yükləməsi ilə “konsepsiya və format” baxımından eyni olduğu iddiasını təsdiqləyib. “Facebook” yüksək dəyəri olan məhsul yaratmaq məqsədilə digər şəxslər tərəfindən qoyulan sərmayələrin mənimsəməsində ittiham olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır