Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Artım”da uşaqlar üçün ustad dərsləri keçiriləcək

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 21-22-də “Artım” layihə məkanında “Unut bildiklərini, gör mən kiməm” sərgi çərçivəsində “Little YARAT” proqramının növbəti ustad dərsləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iki gün ərzində iştirakçılar Aqil Abdullayevin “Zəhləm getmiş dostlarım” adlı əsərindən ilhamlanaraq, zin formatlı kitabların hazırlanmasının kreativ və praktiki texnikaları ilə tanış olacaqlar.
Ustad dərsi zamanı iştirakçılar valideynləri ilə bir araya gələrək, öz yaradıcı bacarıqlarını kəşf edəcək, həmçinin əldə edilmiş bacarıqların universallığını anlayaraq, onların nəyinki incəsənətdə, həmçinin başqa sahələrdə də tətbiq oluna biləcəyini öyrənəcəklər.

Mədəniyyət 2019-09-18 06:07:00